Şahruddin paylaşımı ilə Elvinə söz atdı? – FOTO

Şahruddin paylaşımı ilə Elvinə söz atdı? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Tribuna.az  İdman.Biz-ə istinadən bildirir ki, təcrübəli qolkiper Bizon Azərbaycan Kubokunun yarımfinalında “Sabah” ilə keçirilən və komandası üçün uğursuz nəticələnən qarşılaşmadan (1:2, 2:2) dərhal sonra “Instagram” hekayəsində “indi kimin kim olduğunu bilirik” sözlərini yazıb.

Bu ifadə isə birmənalı qarşılanmayıb.

Azarkeşlər arasında müxtəlif fikirlər formalaşıb. Bəziləri paylaşımın oyunda baş verən hadisələrə işarə etdiyini düşünür, digərləri isə bunun komandadaxili gərginlik yaşayan və matçdan sonra müəmmalı paylaşımı ilə gündəmə gələn Elvin Cəfərquliyevə ünvanlandığını iddia edir.

Sənan Məmmədli