Şagirdlər 17 gün də evdə olacaq – SƏBƏB

Şagirdlər 17 gün də evdə olacaq – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbtidai sinif şagirdləri may ayında ümumilikdə 17 gün istirahət edəcəklər.

Tribuna.az bildirir ki, 1–5 may tarixləri ibtidai sinif şagirdləri üçün tətil günləri kimi müəyyən edilib.

Bununla yanaşı, 9 May – Faşizm Üzərində Qələbə Günü, 26–27 may – Qurban Bayramı, 28 may isə – Müstəqillik Günü səbəbilə dərs olmayacaq.

Qeyd olunan 17 günlük ümumi istirahət müddətinə həm bayram günləri, həm də ayın rəsmi istirahət günləri daxildir.

Sənan Məmmədli