Sabunçuda işbazlar iş başında – Video

Sabunçuda işbazlar iş başında – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bayram günlərini fürsət bilən işbazlar parkın ərazisində tikintiyə başlayıblar.

Tribuna.az-a məlumat verən Sabunçu sakinləri bildirib ki, “Stansiya” adlanan ərazidə yerləşən böyük parkdakı yaşıllıqları məhv edərək obyekt genişləndirlir.

Sakinlərin sözlərinə görə, parkda fəaliyyət göstərən restoranın ərazisi böyüdülür. Bu məqsədlə restoranın ətrafına dəmir konstruksiyalar da quraşdırılıb. Parkdakı ağacların çoxu qutaşdırılan konstruksiyaların arasında qalıb.

Sakinlər ehtimal edir ki, ağaclar zamanla ya kəsiləcək, ya da restoranın içində qalmaqla məhv ediləcək.

Sakinlər bildirib ki, restoran böyüdülməklə parkın ərazisi daralır. Üstəlik yaşıllıqlar da məhv edildiyi üçün sakinlərin marazılığı daha da böyüyür.

Sakinlər aidiyyəti qurumların təcili tədbir görməsini və qanunsuz aparılan artırmanın dayandırılmasını tələb edirlər.

Gülşən Rəsul