“Azərbaycanın Ermənistana və Qarabağa qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində Cənubi Qafqazda hərbi-siyasi balans əhəmiyyətli dərəcədə dəyişib”.
Tribuna.az xəbər verir ki, bunu “Daşnaksütun” Partiyasından deputat Armen Rustamyan deyib.
Onun sözlərinə görə, bu gün əsas məsələ Ermənistanın türkləşdirilməsi prosesinin qarşısının alınmasıdır. “Bu, Ermənistanın formal olaraq mövcud olan, lakin faktiki olaraq tamamilə Türkiyə və Azərbaycandan asılı olan və onların əlavəsi olan bir ölkəyə çevrildiyi vəziyyətdir”.
Fərda Uğur









