Dünyaca məşhur müğənni Ricky Martinin gələn ay İstanbulda keçiriləcək konserti ərəfəsində kulisdə irəli sürdüyü xüsusi tələblər məlum olub.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi rahatlığı və səhnə performansını yüksək səviyyədə saxlamaq üçün kulisdə bir sıra xüsusi şəraitin yaradılmasını istəyib.
Ricky Martinin əsas tələbləri bunlardır:
Xüsusi oksigen kapsulunun hazırlanması;
Anadolunun təbii mineralları ilə palçıq baxımı üçün şəraitin yaradılması;
Meditasiya və nəfəs məşqləri edə biləcəyi xüsusi, sakit bir məkanın ayrılması.
Bildirilir ki, bu tələblər sənətçinin fiziki və psixoloji hazırlığını qorumağa, konsert öncəsi dincəlməsinə və səhnəyə maksimum enerji ilə çıxmasına xidmət edir.
Qeyd edək ki, dünya ulduzlarının konsertlərindən əvvəl təşkilatçılara təqdim etdikləri texniki və məişət tələblərini əhatə edən xüsusi siyahı (“rider”) beynəlxalq şou-biznesdə geniş yayılmış praktikadır. Bu siyahıya təhlükəsizlik, qidalanma, istirahət və sağlamlıqla bağlı müxtəlif şərtlər daxil edilir.
Gülşən Rəsul










