Dünən ölkədə maraqlı iki tender keçirilib.
Tribuna.az xəbər verir ki, onlardan biri Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən yekunlaşıb.
Belə ki, istilik mərkəzinin (qazanxana) cari təmiri xidmətinin satınalınması ilə bağlı olan tenderin qalibi “BEBİKO” MMC olub. Tərəflər arasında işlərin görülməsi üçün 17 min 233 manat dəyərində müqavilə imzallanıb.
İkinci analoji tender isə Milli Məclis tərəfindən reallaşdırılıb. Tribuna.az xəbər verir ki, parlament mərkəzləşdirilmiş kondisioner, ventilyasiya və istilik sistemlərinə, qazanxana və nasosxana avadanlıqlarına texniki xidmət satın alıb. “CLIMASERVICE BAKU” MMC-nin qalibi olduğu tenderin dəyəri isə 68 min 109 manatdır.
Maraqlıdır, qış qurtarır. Milli Məclis və DGK ilin, günün bu vaxtı qazanxana niyə təmir etdirir və ya ona texniki qulluq prosesini həyata keçirir?
Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur









