Rejissorlar Erke Cumakmatova və Emil Atageldiyevin çəkdiyi “Kürək” filminin Qırğızıstandakı milli premyerası ləğv olunub.
Tribuna.az xəbər verir ki, filmin nümayişi iyunun 11-də 4-cü Bişkek Film Festivalı çərçivəsində keçirilməli idi. Lakin nümayişə qısa müddət qalmış tədbirin baş tutmayacağı məlum olub.
Buna səbəb Qırğızıstan Dövlət Film Mərkəzinin filmə distribütorluq sertifikatı verməkdən imtina etməsi göstərilir. Ölkə qanunvericiliyinə əsasən, belə sertifikat olmadan filmlərin ictimai nümayişi qadağandır.
“Kürək” filmi məişət və cinsi zorakılıq, eləcə də qadın hüquqları kimi həssas sosial mövzulara toxunur. Film Qırğızıstanda nümayiş üçün icazə almasa da, beynəlxalq səviyyədə maraqla qarşılanıb. Ekran əsəri artıq ABŞ və Avropanın bir sıra ölkələrində nümayiş etdirilib və müsbət rəylər qazanıb.
Ajans.az









