Qəribə cinayət: Ayı geyimli şəxs kabab və pivə oğurlayır – Foto

Qəribə cinayət: Ayı geyimli şəxs kabab və pivə oğurlayır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tomsk şəhərində ayı geyimində hərəkət edən və istirahət edən insanların kabablarını oğurlayan şəxsin axtarışına başlanılıb.

Tribuna.az xəbər verir ki, yerli polis son iki həftə ərzində meşə və göl kənarında dincələn vətəndaşlardan kabab və pivə oğurluğu ilə bağlı beş şikayət qəbul edib.

Zərərçəkənlərin sözlərinə görə, naməlum şəxs ayı kostyumunda qəfil kolların arasından çıxaraq yüksək səslə nərildəyir və insanları qorxudub qaçmağa məcbur edir.

“O, nərildəyərək kolların arasından tullandı. Onun ayı paltarı geyinmiş bir kişi olduğunu dərhal anlamadıq. Qorxudan maşına mindik. O isə kababı və əti torbaya yığıb, pivəni də götürərək uzaqlaşdı”, – deyə zərərçəkənlərdən biri bildirib.

Məlumata görə, şübhəli şəxs əsasən meşəlik və göl ətrafında istirahət edən insanları hədəf seçir.

Tomsk hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb və ayı kostyumlu oğrunun axtarışını davam etdirir.

Gülşən Rəsul