“Qəbələ” “Mingəçevir”i məğlub etdi

“Qəbələ” “Mingəçevir”i məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbələ” “Mingəçevir”i məğlub edərək Premyer Liqada yerini qoruyub.

Tribuna.az xəbər verir ki, bölgə təmsilçiləri Azərbaycan Premyer Liqası uğrunda pley-off matçında üz-üzə gəliblər.

“SOCAR Polymer Arena”da keçirilən görüşdə Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu kollektiv 2:0 hesablı qələbəyə sevinib.

36-cı dəqiqədə “Mingəçevir”in futbolçusu Əkbər Eyubov avtoqol müəllifi olub. “Qəbələ”nin heyətində isə Seydina Keyta 45+5-ci dəqiqədə fərqlənib.

Bu qələbə sayəsində “Qəbələ” 2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, “Qəbələ” cari mövsüm Misli Premyer Liqasını 11-ci, “Mingəçevir” isə I Liqanı 2-ci pillədə başa vurub.