UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçlarının başlama saatı bəlli olub.
Tribuna.az xəbər verir ki, fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.Bir həftə sonra İngilətərədə, “Sent Ceyms Park” arenasında keçiriləcək qarşılaşmanın start fiti isə 00:00-da səsləndiriləcək.









