Putin Paşinyanı niyə hələ də təbrik etmir?

Putin Paşinyanı niyə hələ də təbrik etmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Joghovurd” qəzetinin araşdırmasına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Nikol Paşinyana seçkilərdə qələbəsi münasibətilə təbrik mesajları hələ də göndərməyiblər.
Tribuna.az bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov seçkilərdən sonra Moskvanın rəsmi yekun nəticələri gözlədiyini və yalnız bundan sonra təbrik mesajının olub-olmayacağına qərar veriləcəyini açıqlayıb. Amma rəsmi nəticələr, Konstitusiya Məhkəməsinin qərarı, Mərkəzi Seçki Komissiyasının yekun qərarı var, lakin Rusiya prezidentinin təbrik mesajı yoxdur.
Belə bir hal özlüyündə seçkilərin tanınmaması kimi şərh edilə bilməsə də, hər halda, bu, xüsusilə Rusiya və Çinin Ermənistanın xarici siyasət gündəliyindəki rolunu nəzərə alsaq, çox vacib diplomatik jestdir. Adətən, bu səviyyəli təbriklər yalnız mərasim zərurəti kimi deyil, həm də ikitərəfli münasibətlər kontekstində siyasi siqnal kimi qəbul edilir.

Həsən Ağa