Paşinyan yenə Putinlə görüşə gedir – GƏRGİNLİK

Paşinyan yenə Putinlə görüşə gedir – GƏRGİNLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri yaxın gələcəkdə baş tuta bilər, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib. Bu barədə RİA Novosti agentliyinə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yaxın gələcəkdə. Hələlik dəqiq tarixlər yoxdur”, – deyə Peskov bildirib.

Rusiya liderinin mətbuat katibi Ermənistan baş nazirinin səfərinin bu il baş tutacağını dəqiqləşdirib.

Siyasi ekspert Ramiyə Məmmədova Tribuna.az-a bildirib ki, Paşinyanın səfəri son prosesləri yenidən müzakirə etməyə hesablanıb. Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi, KTMT və digər mövzular gündəmdə olacaq. Ekspert bildirib ki, Moskva ilə İrəvan arasında gərginlik səngiməyəcək.

Gülşən Rəsul