Nardaranda dənizdə 26 yaşlı şəxsin boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, avqustun 20-də paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində dənizdə 1996-cı il təvəllüdlü Rəşad Əliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.









