PETROSYAN ÇƏTİN GÜNLƏRİN ANONSUNU VERDİ: ERMƏNİLƏRİN AĞILLISI ELƏ ODUR…  – EKSPERT

PETROSYAN ÇƏTİN GÜNLƏRİN ANONSUNU VERDİ: ERMƏNİLƏRİN AĞILLISI ELƏ ODUR… – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ictimai televiziyasına müsahibəsində ölkənin sabiq dövlət başçısı Levon Ter-Petrosyan deyib ki, Ermənistanı çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq.
Onun sözlərinə görə, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.
Petrosyanın sözügedən fikirləri haqqında danışarkən politoloq Cümşüd Nuriyev TİA.Az-a deyib ki, deyilən sözlər Ermənistanda gedən proseslərin reallığından xəbər verir:
“Dünən yenə Paşinyan sərsəmlədi. Adam Makronla görüşəndən sonra yenidən Dağlıq Qarabağ terminini, Azərbaycanla Qarabağın arasında danışıqlar məsələsini gündəmə gətirir. Bu azmış kimi Azərbaycanın sülh müqaviləsi imzalamamaq üçün çox bic bir addım ataraq deyir ki, 1991-ci ildə MDB-ə gedəndə biz bir-birimizi tanımışıq. Halbuki onlar həmin vaxt konstitusiyanı dəyişmişdilər və Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi qəbul ediblər. Petrosyan onların içərisində ən ağıllısıdır. O da çox gözəl başa düşür ki, 44 günlük müharibədən sonra Qafqazda yeni siyasi reallıq yaranıb və bu arxitekturanı nə Ermənistanın nə də onu dəstəkləyən dövlətlərin dəyişməyə gücü çatmayacaq.
Bilirsiniz ki, Azərbaycan Ermənistanla sülh bağlamaq üçün həm işçi qrupu yaradıb həm də təkliflərini göndərib. Yəni bizim üçün sülh müqaviləsinin bağlanmasında heç bir problem yoxdur. Türkiyə də eynən. Görünən odur ki, Paşinyanın məqsədi rus sülhməramlılarını çıxarmaq, ora ABŞ-ı yerləşdirməkdir. Bu isə alınmayacaq. Çünki sözügedən məsələ İranın maraqlarına uyğun deyil və İran da bu halda maraqlarını dəyişəcək. Belə getsə, Ermənistanda Paşinyanı devirəcəklər, heç Amerikanın da onu qorumağa gücü çatmayacaq. Ona görə də Levon Ter-Petrosyanın fikirləri ilə mən razıyam”.

Aytac

TİA.Az