“Peşmanam ki, niyə EVLƏNMƏDİM”

“Peşmanam ki, niyə EVLƏNMƏDİM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor və aparıcı Elcan Rəsulov səmimi etirafı ilə diqqət mərkəzinə düşüb.

Tribuna.az xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı fikirlərini bölüşərək evlilik mövzusuna münasibətinin dəyişdiyini bildirib. Rəsulov qeyd edib ki, əvvəllər ailə qurmaq və övlad sahibi olmaq barədə düşünmədiyini desə də, zaman keçdikcə baxışları fərqli istiqamət alıb.

38 yaşında olduğunu deyən aparıcı son aylarda evliliyə daha ciddi yanaşmağa başladığını vurğulayıb. Onun sözlərinə görə, bu istək bəzən özündən asılı olmadan yaranır və artıq bu mövzuda gecikdiyini hiss edir:

“38 yaşım var, artıq fərqli düşünürəm. Mənə həmişə deyirdilər ki, vaxt gələcək, özün evlənmək istəyəcəksən, ailə-uşaq sahibi olmaq istəyəcəksən. Mən isə deyirdim ki, yox, onu niyə istəyəsən ki? Son 1-2 aydır özümə bağlı olmayan səbəblərə görə evlənmək istəyirəm. Artıq peşman olmağa başlamışam ki, niyə bir az tez evlənmədim”.

Elcan Rəsulovun “kaş ki, daha tez evlənərdim” fikri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.