“Paşinyan həbs edilən Azərbaycan əsgərinin şəklini paylaşacaq”

“Paşinyan həbs edilən Azərbaycan əsgərinin şəklini paylaşacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkmənistan səfəri və orada Prezident İlham Əliyevlə görüşü müzakirə mövzusudur.

Tribuna.az xəbər verir ki, hərçənd tərəflər uzunmüddətli görüş keçirməyiblər.

Elə ayaqüstü söhbət edərək, öz aralarında bəzi mövzuları müzakirə ediblər.

Lakin erməni müxalifəti tamamilə başqa mövzulardan danışaraq, qarşıda Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini iddia ediblər. Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan hesab edir ki, bu görüşdə kitab deyil, başqa bir şey paylaşılacaq.  “Paşinyan Ərdoğanla növbəti görüşündə, onun kitabını deyil, həbs edilmiş Azərbaycan əsgərinin şəkilini paylaşacaq”.

Fərda Uğur