“Xəzər dənizinin hüquqi statusu ilə bağlı müzakirələrdə İranın 50 faizlik paya malik olması məntiqsizdir”.
Tribuna.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.
Onun sözlərinə görə, tarixən İranın Xəzər dənizində 50 faizlik payını müəyyən edən hər hansı müqavilə və ya hüquqi sənəd olmayıb. “Sovet İttifaqının mövcud olduğu dövrdə belə İranın Xəzərdə 50 faizlik payı müəyyən edilməyib”.
Pakayin qeyd edib ki, Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr arasında əsas fikir ayrılıqlarından biri dəniz dibinin delimitasiyası və yeraltı sərvətlərin bölüşdürülməsi ilə bağlıdır. “Bu səbəbdən həmin məsələlər Konvensiyaya daxil edilməyib və tərəflərin sonrakı ikitərəfli və ya çoxtərəfli razılaşmalarına saxlanılıb”.
Fərda Uğur









