Nigar Köçərli “Liv Bona Dea”nı məhkəməyə verməyə hazırlaşır

Nigar Köçərli “Liv Bona Dea”nı məhkəməyə verməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüf ki, şikayətimlə bağlı “LIV Bona Dea Hospital” tərəfindən nəinki adekvat cavab verilmədi, əksinə, bizi yalan və böhtan yaymaqda ittiham edərək müxtəlif yollarla paylaşımın silinməsi üçün təzyiqlər göstərildi.

Tribuna.az xəbər verir ki, bunu sözügedən klinikadan şikayətçi olan “Əli və Nino” kitab evinin sahibi və rəhbəri Nigar Köçərli yazıb.

O bildirib ki, klinika problemi araşdırmaq əvəzinə onlara böhtan atırlar:

“Mənim istəyim çox sadə idi: ödədiyim vəsait müqabilində normal xidmətin göstərilməsi.

Niyyətim kiminsə işdən çıxarılması və ya cəzalandırılması deyil, yalnız aydın cavab almaq idi:

— anesteziya niyə gecikdirilib?

— tibbi personal niyə mənimlə qəddar rəftar edib?

— pasiyentə bu laqeyd münasibətin səbəbi nədir?

Lakin klinika vəziyyəti aydınlaşdırmaq və üzr istəmək əvəzinə ittiham yolunu seçdi.

Bu yanaşma məndə əlavə suallar doğurur: görəsən, həmin 6 saat ərzində içəridə nə baş verib ki, indi bunu ört-basdır etməyə çalışırlar?

Milyonlarla vəsait xərclənərək dəbdəbəli xəstəxana tikilir, amma pasiyentə laqeyd yanaşılır.

Xəstə haqqında yaxınlarına heç bir məlumat verilmir, vəziyyət izah olunmur və buraxılan səhvə görə üzr istənilmir.

Klinikanın bu münasibətini özümə qarşı açıq hörmətsizlik kimi qəbul edirəm və məsələni artıq hüquqi müstəvidə həll etməyi düşünürəm.

Dəstəyiniz üçün bir daha təşəkkür edirəm
Gedişat barədə sizi məlumatlandıracağam”.

Nigar İxtiyarqızı