“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Liv Bona Dea Hospitalı məhkəməyə verib.
Tribuna.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.
O, qeyd edib ki, vəkili Zibeydə Zəkəriyyəyevadır.
“Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb,
əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil
sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət
çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.
İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram.
Xəstələrə qayğı tələb edirik.
Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən
başdansovdu yanaşmaya qarşıyıq”, – deyə, Nigar Köçərli paylaşımında yazıb.
Dəniz Pənahova










