ABŞ və İranın hərbi əməliyyatlara son qoymaq barədə razılığa gəlməsi ehtimal neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Tribuna.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 2,32% azalaraq 102,58 dollara (88,31 avro) çatıb. West Texas Intermediate (WTI) neftinin qiyməti 1,94% azalaraq 96,35 dollara (82,95 avro) enib.
Qeyd edək ki, sessiyanın əvvəlində hər iki neft kəskin şəkildə bahalaşıb və WTI 100 dolları keçib.









