Nazirliyin İncəsənət Muzeyində videokamera quraşdırmaq planı: alınmadı

Nazirliyin İncəsənət Muzeyində videokamera quraşdırmaq planı: alınmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Azərbaycan Milli İncəsənət Muzeyi üçün videomüşahidə sistemlərinin satın alınmasına dair keçirdiyi tender ləğv edilib. Tribuna.az bildirir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Belə ki, nazirliyin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC 80 ədəd videokamera və bunun üçün lazım olan materailların alınmasına 114 min 917 manat pul ayırıbmış. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tenderi məqbul hesab etməyib. Səbəb kimi isə “Dövlət satınalmaları haqqında” qanunun tələbinin pozulmasını göstərib.

Xatırladaq ki, son günlər Mədəniyyət Nazirliyi ətrafında qalmaqallar yaşanır. Tanınmış müğənnilər nazirliyin onlara mane olduğunu, hətta dövlət tədbirlərində iştiraka görə verilməli olan qonorarlarını kəsdiyini bildiriblər.

Bundan başqa, Mədəniyyət Nazirliyinin Xorvatiyada keçirilən tədbirə qatılmaq üçün aldığı biletlərə görə ödənilən məbləğin şişirdildiyi də üzə çıxıb. Bu barədə məlumat yayan mediada qeyd edilir ki, bir nəfər sərnişinin Bakı-İstanbul-Zaqreb-Bakı reysi üçün uçmasına zəruri olan biletə 13 min manat ödənilib.

Fərda Uğur