Prezident İlham Əliyevin 11 avqust 2026 il tarixdə Naxçıvana səfəri düşünürəm ki, adı regional səfərdən daha çox geniş siyasi məna daşıyır.
Bunu Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri, Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları Forumunun üzvü Xəzər Teyyublu deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində sənaye, enerji, nəqliyyat, sosial layihələr, şəhərsalma və təhlükəsizlik məsələləri önə çəkilib: “Prezidentin dövlət televiziyasına müsahibəsində bir neçə əsas mesajı görürəm: birincisi Naxçıvanın blokadadan tranzit və geoiqtisadi mərkəzə çevrilməsi, Türkiyə, İran və daha çox regionu birləşdirən nəqliyyat- logistika qovşağı kimi təqdim olunur; ikincisi Ermənistanla dil mesajı. Bir tərəfdən regionda sülhə nail olmaq və o biri tərəfdən Azərbaycanın hərbi və siyasi gücünün qorunması; üçüncü məsələ kimi Naxçıvanın daxili inkişafı üçün bir çox printerlər”.
Hüquq müdafiəçisi qeyd edib ki, Naxçıvan Sənaye Parkı, Dost Mərkəzi, 2044-cü ilə qədər şəhərin Baş planına müvafiq yeni müasir şəhərsalma modelinin qurulması vacib detallardır:
“Enerji potensialının artırılması və bu istiqamətdə davamlı çalışmalar diqqət çəkən mühüm məsələlərdir. Naxçıvanın coğrafi mövqeyi Türkiyə ilə strateji əhəmiyyətli artırır. Zəngəzur istiqamətdə nəqliyyat bağlantılarının genişlənməsi ilə gələcəkdə geniş imkanlarına yol açır. Məncə, səfərin əsas siyasi mesajı budur ki, Naxçıvan Azərbaycanın coğrafi baxımdan təcrid olunmuş hissəsi statusundan çıxarılaraq, yeni iqtisadi və nəqliyyat sisteminin mühüm mərkəzinə çevrilir”.
Gülşən Rəsul









