Milli Onkologiya Mərkəzi (MOM) növbəti tenderinə yekun vurub.
Tribuna.az xəbər verir ki, mərkəz bununla bağlı nəticələri açıqlayıb.
Məlum olub ki, MOM-un keçirdiyi tenderin qalibi “Azəri Med” MMC olub. Şirkət Mərkəzə 50 milyon 320 min 46 manatlıq tibbi və digər avadanlıq və inventarlar satacaq.
Qeyd edək ki, açıq mənbələrdə “Azəri Med” MMC-nin deputat Kəmaləddin Qafarova məxsus olmasına dair çoxlu sayda məlumatlar var. İndiyə qədər deputat da bunu təkzib etməyib.
Bundan başqa, Qafarov həm də, 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışıb. Yəni, görünən odur ki, tenderi udan şirkətin əsl sahibi MOM-da “kənar şəxs” sayılmır.
Fərda Uğur









