Misli Premyer Liqası: “Karvan-Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı

Misli Premyer Liqası: “Karvan-Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.

 Tribuna.az xəbər verir ki, günün açılış qarşılaşmasında “Karvan-Yevlax” “Neftçi”ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

Günün ikinci oyununda isə “Zirə” klubu öz meydanında “İmişli” komandası ilə üz-üzə gələcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.

Misli Premyer Liqası

XVI tur

20 dekabr

14:00. “Karvan-Yevlax” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Yevlax şəhər stadionu

16:30. “Zirə” – “İmişli”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu