MƏŞHUR SAYTDAN AZƏRBAYCAN KLUBUNA HÖRMƏTSİZLİK

MƏŞHUR SAYTDAN AZƏRBAYCAN KLUBUNA HÖRMƏTSİZLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “Transfermarkt” saytının rəsmi “instagram” hesabı “Səbail”i Ermənistan klubu kimi təqdim edib.

TİA.az xəbər verir ki, saytın sosial şəbəkəsində paylaşımların birində Azərbaycanda çıxış etmiş Maykl Essyen də yer alıb.Bir vaxtlar dünyanın aparıcı klublarında oynayan Maykl Essyenin yer aldığı paylaşımda sayt “Səbail” futbol klubunu Ermənistan təmsilçisi kimi göstərib. Buna cavab olaraq Maykl Essyen paylaşımın rəy bölməsində “Səbail”in Azərbaycan klubu olduğunu bildirib.Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin mart ayından 2020-ci ilin sentyabrına kimi “Səbail”də çıxış edib.

Kərimli Nihat

TİA.az