Merdən Xankəndidən köçmüş ermənilərə: “Sizi Rusiyaya köçürəcəyik”

Merdən Xankəndidən köçmüş ermənilərə: “Sizi Rusiyaya köçürəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda hakimiyyət qüvvələri ilə əsasən Qarabağdan könüllü köçmüş şəxslər arasında insident yaşanır.

Tribuna.az xəbər verir ki, dünən bu tip hallardan biri Talin şəhərində qeydə alınıb.

Belə ki, şəhərin meri Tavros Sapeyan Qarabağdan köçmüş ermənilərlə görüşmək istəsə də, onlar bundan imtina ediblər. Bunun ardından isə mer onlara xitabən sərt açıqlama verib. “Bu evi sizə kim verib? Biz və cənab Paşinyan dövlətin başında olanlarıq. Bu davranışla Ermənistan Respublikasında çox yaşamayacaqsınız. Gələcəksiniz, müraciət edəcəksiniz və biz sizə Rusiyaya bilet verəcəyik”.

Fərda Uğur