Məktəblərdə baş örtüsü qadağan edilir? – AÇIQLAMA

Məktəblərdə baş örtüsü qadağan edilir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vahid məktəbli geyim forması ilə bağlı məsələlərdə xüsusi həssaslıqla dini həyat tərzi yaşayan vətəndaşlarımızın etiqadlarına hörmətlə yanaşmalıyıq.

Tribuna.az xəbər verir ki, bu barədə təhsil eskeprti Ramin Nurəliyev danışıb. O bildirib ki, bəzi şəxslər və çevrələr bu qərar ilə bağlı konkret və sərt fikirlər bildirərək dövlət ilə vətəndaşı qarşı-qarşıya gətirmək istəyir:

“Nəzərinizə çatdırım ki, müvafiq qərarda vahid geyim forması qaydalarında islam dinini yaşayan vətəndaşlar üçün başını örtə bilməz kimi fikirlər qeyd olunmayıb. Bu kimi qərarları əsas gətirib həssas insanların damarına basaraq sərt ifadələr verilməsi doğru deyil. “Artıq məktəbdə hicab olmayacaq”, “qərar islam dininə qarşıdır” kimi bəyanatlar verərək sosial şəbəkələrdə təbliğat aparanlar bəzi dairələrə xidmət göstərərək vətəndaşda kin-küdurəti formalaşdırmaq niyyəti daşıyır.

Halbuki, bu kimi vahid geyim formasının tətbiq olunduğu dövlətlərdə bəzi güzəştlərin olduğunu müşahidə edirik. Türkiyədə vahid geyim forması tətbiq olunur, lakin İslam dininə hörmət əlaməti olaraq qızların baş örtüsünə məhdudiyyət tətbiq olunmur”.

Ekspert bildirib ki, vahid məktəbli geyim forması islam dinini yaşayan qızların başının ötməsinə əngəl olmur:

“Burada geyim forması bütün şagirdlər tərəfindən eyni formanın tətbiq olunmasıdır. Papaq və yaxud baş örtüyü icazəsi yaxud da, məhdudiyyəti qeyd olunmayıb.

Azərbaycan Respublikası dünyəvi dövlətdir, lakin bütün dinin qaydalara hörmətlə yanaşır və müxtəlif dinin nümayəndələrinə konstitusiyaya uyğun olaraq öz dinini yaşamağa icazə verir.
Bu məsələdə məktəb pedoqoji şurasına müvafiq qərar vermə icazəsi verilib.
Unutmayaq ki, qız uşağının baş örtüyü taxması məktəb geyimindən kanara çıxması demək deyil.

Müvafiq qurumların bu mövzuda qərarını gözləməliyik. Qərarda bu barədə açıq qeyd olmadığı halda fikir bildirənlər bəzi həssas vətəndaşlara təsir edərək qarışıqlıq salmaq niyyətindədir.
Vətəndaşlarımıza təmkinli olmağı tövsiyə edirəm”.

Ekspert Əmrah Həsənli isə bildirib ki,qərara əsasən, təhsilin dünyəvilik prinsipinə uyğun olmayan və vahid formanı pozan geyim elementlərindən istifadəyə icazə verilməyəcək:

“Bu isə məktəblərdə hicab və digər dini geyim elementlərinin qadağan olunması deməkdir.

Əsas məqamlar:
* Şagirdlərin geyim tələblərinə əməl etməsinə görə valideynlər cavabdehdir.
* Qaydalara nəzarəti məktəbin Pedaqoji Şurası həyata keçirəcək.
* Yalnız milli-mənəvi tədbirlərdə Pedaqoji Şuranın icazəsi ilə milli geyimlərdən istifadə oluna bilər”.

Gülşən Rəsul