Mateus Silva “Qarabağ”dan ayrılmaq istəyir

Mateus Silva “Qarabağ”dan ayrılmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın futbolçusu Mateus Silva Braziliyaya qayıtmaq istəyir.

Tribuna.az xəbər verir ki, bunu futbolçu ölkəsinin “Lance” nəşrinə müsahibəsində deyib.

M.Silva bildirib ki, Braziliyaya qayıtmaq peşəkar inkişafı baxımından vacib addım ola bilər: “Azərbaycanda yaşadıqlarımın hamısına görə minnətdaram. Amma düşünürəm ki, daha artığını istəyirəm və Braziliyaya qayıtmaq fikri mənə çox cəlbedici gəlir.

Bu ilin əvvəlində Braziliya klublarından təkliflər almışdım, lakin klub mövsümün davamı üçün komandada qalmağımı vacib hesab etdi. İndi isə vəziyyət fərqlidir və özümü ölkəmdə yeni çağırışa hazır hiss edirəm”.

Qeyd edək ki, Mateus Silva 2023-cü ildən “Qarabağ”da çıxış edir.