Maral yoldan keçən kişini döydü – Video

Maral yoldan keçən kişini döydü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit formada yol ilə hərəkət edən motosikletçi gözlənilməz hadisə ilə üzləşib.

Tribuna.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə motosikletlə sakit şəkildə hərəkət edən sürücünün qarşısına qəfil maral çıxır. Heyvan sürətini azaltmadan yola atılaraq motosikletçiyə çırpılır.
Kask kamerasının qeydə aldığı kadrlardan görünür ki, toqquşmanın təsirindən sürücü yerindən trpənmir, ancaq maral onu əlləri ilə döyməyə başlayır. Kişi maralın zərbələrinə qarşılıq verməsə də necə qurtulmağın yolunu tapa bilmir.
Hadisə qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İstifadəçilər “Əgər kamera olmasaydı, bu hadisəyə inanmaq çətin olardı” və “Maral sanki yolu kəsmək üçün xüsusi plan qurmuşdu” kimi rəylər yazıblar.
Hadisənin baş verdiyi yer və motosikletçinin vəziyyəti ilə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Gülşən Rəsul