“Kontakt Home”dan narazılıq artır – Foto

“Kontakt Home”dan narazılıq artır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir müştəri “Kontakt Home”dan aldığı məhsullardan narazı qalıb.

Tribuna.az xəbər verir ki, bu barədə müştəri Aydan Bağırova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, aldıqları əşyada deffekt aşkarlayıblar:

“Şikayətim “Kontakt Home”dandır. Avqustun 3-ü qabyuyan və televizor aldıq. Cehiz olduğu bildirildi və avqustun 8-9-u gətirdilər məhsulu.

Qapalı şəkildə təhvil verilib.

13 sentyabr tarixində quraşdırıldı və həmin an məhsulda deffekt görüldü. Qaynar xəttə zəng edirik, nömrəyə şəkil video atmışıq.

Ondan sonrada heç bir xəbər yoxdu.

Deffekt məhsul veriblər, indi də dəyişmirlər”.

Qeyd edək ki, son illər “Kontakt Home”dan şikayətlər çoxalıb. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da saytımıza açıqlamasında bildirmişdi ki, onlara edilən şikayətlər ən çox “Kontakt Home”la bağlı olur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul