Ermənistanla Rusiya arasında gərginlik davam edir.
Tribuna.az xəbər verir ki, baş nazir Nikol Paşinaynın Qərbə inteqrasiya kursu tutmasından sonra baş qaldıran prosesin bəzi nəticələri olacağı istisna edilimir.
Xüsusən də Rusiya iki məsələdə Ermənistanı sıxışdırmağa başlayıb. Birincisi, Ermənistan kənd təsərrüfatı və sənaye məhsullarının Rusiyaya buraxılmasına məhdudiyyətlərin qoyulmasıdır. Artıq Yuxarı Lars keçid məntəqəsindən yüzlərlə erməni yük maşını geri qayıdıb.
İkinci mövzu isə Rusiyanın Ermənistana satdığı qazı kəsməsi və ya onun qiymətini artırmasıdır. Bir neçə gündür Kreml dolayı yolla İrəvana bunun xəbərdarlığını edir.
Lakin Ermənistanda qazın bahalaşması və ya dayandırılması ilə bağlı narahatlıq yoxdur. Düzdür müxalifət bundan təbliğat vasitəsi kimi istifadə edir və vəziyyəti “dramatik” fonda təqdim edir. Amma əksər vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, Rusiyanın cəhdi heç nəyi dəyişməyəcək.
“Erməni Şurası” təşkilatının təsisçisi, siyasi elmlər doktoru Areq Koçinyan bildirib ki, əgər Rusiya qazı kəsərəsə, Ermənistan Azərbaycana üz tutmalıdır. “Əgər Rusiya qazı kəsərsə, Ermənistan AB-dən onların Azərbaycandan aldığı qazı almalıdır. Bu, xilasedici halqa olacaq”.
Fərda Uğur









