Məşhur aktyor Kıvanç Tatlıtuğun üçüncü dəfə koronavirusa yoluxduğu məlum olub.
Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, “Ailə” serialının baş rol ifaçısı Kıvanç Tatlıtuğun koronavirusa qarşı testləri davam edir. Daha əvvəl iki dəfə koronavirusa yoluxan aktyorun həftəsonu keçirdiyi testdən bir daha müsbət nəticə aldığı öyrənilib.
Müalicəsi dərhal başlayan Tatlıtuğ, Covid-19-u həyat yoldaşı Başak Dizer və körpəsi Kurt Efeyə ötürməmək üçün çox diqqətli olub.









