İsrail ordusu Livanın cənubunda nəzarətində olan ərazilərdən qoşunlarını çıxarmayacaq.
Tribuna.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz açıqlama verib.
“Əgər İran Livandakı hadisələrə görə İsrailə hücum etsə, İsrail imkanlarımız arasındakı fərqi nümayiş etdirmək üçün ona bütün gücü ilə zərbə endirəcək”, – Katz deyib.









