Futbol üzrə İspaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb.
Tribuna.az İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Luis de la Fuente yekun siyahıya 12 klubdan 26 futbolçunun adını daxil edib.
Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”, İngiltərə ), Joan Qarsiya (“Barselona”).
Müdafiəçilər: Pedro Porro (“Tottenhem”, İngiltərə ), Markos Lorente, Mark Pubil (hər ikisi “Atletiko”), Emerik Lyaport (“Atletik”), Pau Kubarsi, Erik Qarsiya (hər ikisi “Barselona”), Mark Kukurelya (“Çelsi”, İngiltərə), Alexandro Qrimaldo (“Bayer”, Almaniya).
Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”, İngiltərə), Martin Subimendi, Mikel Merino (hər ikisi “Arsenal”, İngiltərə), Qavi, Pedri, Dani Olmo (hamısı “Barselona”), Fabian Ruis (PSJ, Fransa).
Hücumçular: Aleks Baena (“Atletiko”), Ferran Torres, Lamin Yamal (hər ikisi “Barselona”), Niko Uilyams (“Atletik”), Yeremi Pino (“Kristal Pelas”, İngiltərə), Mikel Oyarzabal (“Real Sosyedad”), Viktor Munyos (“Osasuna”).
İspaniya millisi dünya çempionatının qrup mərhələsində Kabo-Verde (15 iyun), Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvay (27 iyun) yığmaları ilə qarşılaşacaq. Komanda mundialdan əvvəl İraq (4 iyun) və Peru (9 iyun) seçmələri ilə yoldaşlıq oyunları keçirəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.









