İranda polisə silahlı hücum: iki nəfər yaralandı

İranda polisə silahlı hücum: iki nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Bəlucistan əyalətinin Xaş şəhərində polislərə silahlı hücum olub.

Tribuna.az xəbər verir ki, açılan atəş nəticəsində iki polis əməkdaşı yaralanıb.

Hadisənin hansı qruplaşma tərəfindən edildiyi barədə məlumat yoxdur.

Qeyd edək ki, son bir neçə ildə Bəlucistan vilayətində  İran rejiminə bağlı qüvvələrə qarşı silahlı hücumlar intensiv şəkil alıb. İndiyə qədər SEPAH, Bəsic və polis əməkdaşlarına edilən hücumlar nəticəsində onlarla rejim mənsubu öldürülüb.

Fərda Uğur