Son iki gündə İranın müxtəlif şəhərlərində Bəsic qüvvələri və polis əməkdaşlarına silahlı hücumlar baş verib.
Tribuna.az xəbər verir ki, iki gün öncə İranın Bəlucistan əyalətinin İranşəhr şəhərində naməlum silahlı adamlar yerli Bəsic qüvvələrinə hücum ediblər.
Nəticədə bir nəfər ölüb, biri isə yaralanıb.
Dünən isə İranda daha bir polis əməkdaşı güllələnib. Hadisə Abadan şəhərində baş verib. Atəş nəticəsində kiçik leytenant Məhəmmədcavad Əfri öldürülüb. Onun yanvar aksiyalarında əhaliyə hücumların təşkili məsələsində ən fəallardan biri olduğu bildirilir.
Qeyd edək ki, hər iki hadisənin kimlər tərəfindən törədildiyinə dair məlumat yoxdur. Heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.
Fərda Uğur









