İranın “NAYA” Telegram kanalı keçmiş İran prezidenti İbrahim Rəisinin ölümünün ildönümü ilə bağlı animasiya yayımlayıb.
Tribuna.az xəbər verir ki, həmin animasiyada Azərbaycan da hədəf kimi göstərilib.
Belə ki, orada hadisənin Rəisinin Azərbaycan sərhədində baş tutan görüşündən sonra baş verməsinə eyham vurulub. Bununla da Azərbaycana qarşı əsassız ittihamlar yenidən animasiya ilə gündəmə gətirilib.
Eyni zamanda, videoda onun ölümündə İsrailin əlinin olduğuna dair görüntülər yer alıb.
Fərda Uğur









