Son zamanlar Astara Gömrük Keçid Məntəqəsində yüklərin daşınması prosesində müəyyən problemlər yaranıb.
Tribuna.az xəbər verir ki, yüklərin diqqətlə yoxlanılması, habelə daşımalardakı sıxlığın yaranması səbəbindən Azərbaycan tərəfi müəyyən addımlar atmaq məcburiyyətində qalmışdı.
Ötən gün İran tərəfi ilə aparılan danışıqlardan sonra keçid sayının qaldırılması razılaşdırılıb. Nəticədə, günlük maşın ötürülməsi 340-350-yə çatdırılıb.
Lakin İran mediası məsələyə başqa bir don geyindirməyə çalışıb. Belə ki, İranın “Mehr” Agentliyi iddia edib ki, “Astara sərhədində yük maşınlarının gecikməsinin ən vacib amili Azərbaycanın qəbul qabiliyyətinin məhdudlaşdırılmasıdır”.
Fərda Uğur









