Müxtəlif ölkələrin hökumətlərinin internetə girişə qadağa qoyması dünya iqtisadiyyatına 8,05 milyard dollar zərər vurub.
TİA.AZ xəbər verir ki, bu barədə məlumatı Top10VPN nəşri yayıb. Məlumata görə, 2016-cı ildən bəri internet kəsintiləri iqtisadiyyatda qiymətlərin 235 faiz bahalaşmasına gətirib çıxarıb və 2019-cu il bu baxımdan rekord il olub. 21 ölkədə 122 dəfə belə hal baş verib və onların ümumi müddəti 18 min saatı keçib. Ən çox ziyan çəkən ölkə İraq olub. Burada ölkə iqtisadiyyatına 2,3 milyard, Sudanda 1,9 milyard, Hindistanda 1,3 milyard, Venesuelada 1,1 milyard və İranda isə 611 milyon dollar zərər dəyib.
Mütəxəssislərin fikrincə internet kəsintilərinin əsas səbəbi ölkələrdə etiraz dalğalarının genişlənməsidir.









