İngiltərədə 5 yaşlı uşaq atası saxlanılarkən ağladığı üçün qandallanaraq polis maşınına mindirilib.
Tribina.az xəbər verir ki, İngiltərədə baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Yayılan kadrlarda 5 yaşlı bir uşağın, atasının polis tərəfindən saxlanılması zamanı ağladığı və hadisə yerindən uzaqlaşmağa çalışdığı görünür.
Bu zaman polis əməkdaşları uşağın qollarından sərt formada tutaraq xidməti avtomobilə mindirirlər.
Məlumatlara görə, polis əməkdaşları həmin vaxt uşağın atasını da zor tətbiq etməklə saxlayıblar.
Hadisəni mobil telefonla lentə alan şəxslərdən birinə isə polis tərəfindən telefonunun müsadirə edilə biləcəyi və bibər qazından istifadə olunacağı barədə xəbərdarlıq edildiyi iddia olunur.
Hadisənin hansı səbəbdən baş verdiyi və uşağın niyə polis nəzarətinə götürüldüyü barədə rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə yayılan görüntülər isə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər polis əməkdaşlarının azyaşlıya qarşı davranışını sərt tənqid ediblər.
Gülşən Rəsul









