Hüquq müdafiəçisi Novella Cəfəroğlu Amnistiya Aktına uzun illərdir həbsdə olan keçmiş OMON məhbuslarının da salınmasını istəyir.
Bu barədə Tribuna.az-a danışan Novella Cəfəroğlu arzu edir ki, artıq 29 ildir həbsdə qalan OMON-çular azadlığa buraxılsın:
“Mən çox istəyərdim ki, Amnistiya Aktı onlara da şamil olunsun. Bütün müsahibələrimdə də bunu təkrar edirəm. Bu insanlar 29 ildən çox həbsdə qalıblar, müharibədə iştirak ediblər. Onlara da amnistiya düşməlidir!”.
Nigar İxtiyarqızı










