Hörmüz yenə bağlandı!

Hörmüz yenə bağlandı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Hörmüz boğazını bütün gəmiçiliklər üçün bağlayır.

 Tribuna.az xəbər verir ki, bu barədə İran ordusunun Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, boğazdan keçən nəqliyyat bütün növ gəmilər, o cümlədən neft tankerləri və ticarət gəmiləri üçün bağlıdır. Hörmüzdən keçməyə çalışan istənilən gəmi hücuma məruz qalacaq.

İran komandanlığı boğazın bağlanmasını ABŞ-nin “vəhşiliklərinin davam etməsi” və Amerika qoşunlarının Hörmüzqan əyalətinin bəzi cənub bölgələrinə hücumu ilə izah edib.

İyunun 11-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İrana qarşı əlavə zərbələr endirməyə başladığını bildirib.