Həm nazirini Bakıya göndərir, həm də BTC-ni vurmaqla hədələyir –VİDEO

Həm nazirini Bakıya göndərir, həm də BTC-ni vurmaqla hədələyir –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, İranın müdafiə naziri Əziz Nəsirzadə ötən gün Azərbaycana səfər edib.

Tribuna.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə grüşən iranlı nazir bir sıra məsələləri müzakirə edib.

Elə İran mediası da bu səfər barəsində müsbət fikirlər yazırlar. Onlar bu səfərin iki ölkə arasında etimadın daha da gücləndiyini bildirirlər.

Lakin ziddiyyətlər ölkəsi olan İran, digər tərəfdən də Azərbaycanı hədələməyə başlayıb. Belə ki, SEPAH-a yaxın “Enerji xətti” kanalı BTC kəmərini hədəfə alan və Azərbaycanı təhdid edən video paylaşıb. Kanal qeyd edib ki, ABŞ-ın İrana hücumu fonunda BTC əsas hədəflərdən biri ola bilər. “BTC-nin vurulmaı Azərbaycanın dövlət gəlirlərinə ciddi zərbə ola bilər”.

https://www.facebook.com/reel/881517987826914

P.S. Bir tərəfdən nazirini Bakıya göndərir, digər tərəfdən də BTC-ni vurmaqla hədələyirlər.

Fərda Uğur