“Hayat Clinik” CƏRİMƏLƏNDİ… Növbəti yanğın FACİƏSİnin qarşısı belə alındı

“Hayat Clinik” CƏRİMƏLƏNDİ… Növbəti yanğın FACİƏSİnin qarşısı belə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hayat Clinik” yanğın təhlükəsizliyi qaydalarının pozuduğuna və yerinə yetirmədiyinə cərimələnib.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, klinikaya protokol tərtib edilib. Klinika İnzibati Xətalar Məcəlləsinin ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan 518.3-cü maddəsinin tələblərini pozub.

Maddənin tələbinə görə, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

12 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə klinikanın işinə baxılacaq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Nigar