Girnə sahillərində sərnişin gəmisi belə batdı – Video

Girnə sahillərində sərnişin gəmisi belə batdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Girnə şəhəri sahillərində 267 nəfərin olduğu sərnişin gəmisi batıb.

Tribuna.az xəbər verir ki, Girnə limanından Türkiyənin Mersin şəhərinin Taşucu limanına doğru hərəkət edən katamaran tipli gəmi limandan çıxdıqdan qısa müddət sonra naməlum səbəbdən su almağa başlayıb və daha sonra çevrilib.

Hadisə zamanı gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla ümumilikdə 267 nəfərin olduğu bildirilir. İlk açıqlamalarda 237 nəfərin xilas edildiyi, 7 nəfərin öldüyü və 23 nəfərin itkin düşdüyü açıqlanmışdı. Sonrakı məlumatlara görə isə ölənlərin sayı 8-ə yüksəlib, 18 nəfərin taleyi hələlik məlum deyil. Ölən və itkin deşənlər arasında uşaqlar və yaşlılar da var.

Hadisə yerinə Türkiyə və KKTC Sahil Mühafizə qüvvələri, helikopterlər, təyyarələr və digər axtarış-xilasetmə qrupları cəlb olunub. Əməliyyatların gecə saatlarında da davam etdiriləcəyi bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, gəmi su almağa başladıqdan sonra sərnişinlər çıxış yolu tapmaq üçün pəncərələri sındıraraq göyərtəyə çıxıblar. Xilas edilən bəzi sərnişinlərin gəminin çevrilmiş gövdəsinin üzərində gözlədiyi görüntülər yayılıb.
Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başlanılıb və gəminin kapitanı da daxil olmaqla 8 heyət üzvünün saxlanıldığı bildirilir.

Rəsmilər qəzanın səbəbi ilə bağlı araşdırma tamamlanmadan hər hansı ehtimalın irəli sürülməsinin doğru olmadığını açıqlayıblar.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Gülşən Rəsul