Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.
Tribuna.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
ÇVK-OGPU və Rucriminal.info saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.
Bomba BMW markalı avtomobilinə yerləşdirilib və nəqliyyat vasitəsi hərəkətdə olarkən partlayıb.









