Fransa prezidenti Putinin Avropa Birliyini parçalamaq arzusundan danışdı

Fransa prezidenti Putinin Avropa Birliyini parçalamaq arzusundan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron İsveçin SVT kanalına verdiyi müsahibədə Avropa Birliyinin parçalanmasının Rusiya prezidenti Vladimir Putinin ən böyük arzusu olduğunu ifadə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  fransız lider bununla bərabər Vladimir Putinə böyük hörməti olduğunu və onunla həmişə əlaqə saxladığını bildirb.

“Mənim Putinə olan hörmətim böyükdür və özümü qlobal təhlükəsizliyin yeni memarlığının məhz Rusiya ilə birlikdə hazırlanmasının tərəfdarlaırndan biri hesab edirəm. Bizim bu mövzuda Moskva ilə geniş diskussiyaya ehtiyacımız var. Lakin Putinin əsl məqsədi Avropa Birliyinin demontaj olunmasından ibarətdir”, – Makron qeyd edib.

Verilişin aparıcısı Fransa rəhbərinə İsveçin ultraradikal “İsveç demokratları” partiyasının sədri Yimmi Okessonun ölkəsinin gələcək istiqamətinin müəyyən olunması ilə bağlı fikirlərini xatırladıb. Okesson milli radiostansiya efirində İsveçin xarici siyasətdə hansı ölkəni, Fransa, yoxsa Rusiyanı istiqamət götürmək barədə suala cavab verməkdən imtina etmişdi.

Makron isə cavabında həmin partiyanın rəhbərinə dəyərlər və siyasi maraqlar arasında nisbəti düzgün olçməyi məsləhət görüb və insan hüquqları məsələsində geridəqalmış Rusiyanın isveçlilər üçün heç cürə nümunə ola bilməyəcəyini söyləyib.

Bununla əlaqədar Fransa prezidenti İsveçin Avropa Birliyindən çıxmaq perspektivinə də toxunaraq Stokholmun gələcəyinin İttifaq olmadan təsəvvür edə bilmədiyni bildirib. Bundan başqa, Emmanuel Makron Avropanın şimal sərhədlərində yerləşən İsveçin geopolitik risk zonasına daxil olduğuna diqqət çəkib.

Xatırladaq ki, Avropa Birliyinin parçalanmasının ən çox Rusiyaya sərf etməsi fikri dəfələrlə müxtəlif siyasi liderlərin, ekspert və politoloqların dilindən səsləndirilib.

Qərb mətbuatı Kremlin hədəfində ilk öncə Avropa Birliyinin ən qüdrətli, sabit və nüfuzlu ölkəsi sayılan Almaniyanın kansleri Angela Merkelin mövqelərini zəiflətmək olduğunu yazır.

Almaniyada miqrantlar əleyhinə başladılan kültəvi iğtişaşların da Moskvanın əli ilə törədildiyi versiyasını önə sürən çoxdur.