Dollar son 1,5 ilin maksimumuna çatdı

Dollar son 1,5 ilin maksimumuna çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dolları inflyasiyanın sürətlənməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər fonunda möhkəmlənərək 2025-ci ilin mayından bəri ən yüksək səviyyəyə çatıb.

Tribuna.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Oktyabrın 14-də dolların əsas valyutalar qarşısındakı mövqeyini əks etdirən indeks son 17 ayın maksimumuna yüksəlib. ABŞ-da sentyabr ayında istehlak qiymətləri aylıq müqayisədə 0,6%, illik ifadədə isə 3,7% artıb. İllik inflyasiya analitiklərin 3,6%-lik proqnozunu üstələyib.

İnflyasiyanın gözləniləndən yüksək olması treyderlərin FED-in pul siyasətini sərtləşdirəcəyi ilə bağlı ehtimallarını gücləndirib. Dollar artıq beş həftədir ardıcıl bahalaşır və bu müddətdə təxminən 3,5% möhkəmlənib. Bu, 2025-ci ilin əvvəlindən bəri qeydə alınan ən uzunmüddətli artım seriyasıdır.

Dolların mövqeyini İran müharibəsi fonunda neft qiymətlərinin yüksək qalması və Avropada büdcə-siyasi risklərlə bağlı narahatlıqlar da gücləndirir. Oktyabrın 14-də G10 qrupuna daxil olan bütün əsas valyutalar dollar qarşısında ucuzlaşıb. Avro 0,7%, Yaponiya yeni isə 0,4% dəyər itirib.