Filippinin cənubunda, Mindanao adası sahillərində baş verən 7,8 bal gücündə güclü zəlzələ zamanı dəhşətli görüntülər lentə alınıb.
Tribuna.az xəbər verir ki, yeraltı təkanlardan sonra sahilyanı ərazilər üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.
İlkin məlumata görə, yeraltı təkanlar geniş ərazidə hiss edilib. Səlahiyyətli qurumlar sahil bölgələrində yaşayan sakinlərə təhlükəsizlik məqsədilə yüksək ərazilərə çəkilməyi və rəsmi xəbərdarlıqlara əməl etməyi tövsiyə ediblər.
Hazırda zəlzələ nəticəsində dağıntılar və ya insan tələfatı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Təhlükəsizlik kameralarına hadisənin dəhşətli görüntüləri düşüb.
Gülşən Rəsul









