Filippindəki zəlzələdə ölənlərin sayı 53-ə çatıb

Filippindəki zəlzələdə ölənlərin sayı 53-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippinin Mindau adasının cənubunda baş verən 7,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Tribuna.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ölkənin Mülki Müdafiə idarəsindən bildirilib ki, zəlzələ nəticəsində 630 nəfər yaralanıb, 10-dan çox adam isə itkin düşüb.

Yeraltı təkanlar zamanı 2500 evə ziyan dəyib, bunlardan 460-ı isə yerlə yeksan olub.

Qeyd edək ki, bazar ertəsi səhər saatlarında qeydə alınan təbii fəlakət nəticəsində 145mindən çox insan zərər çəkib.